Qaynar xətt:

(+99450) 247 90 86

Zəlzələdən sonra dəmiryol xətlərində qatarların sürəti aşağı endirilib

2023/12/07/1701924481_abb3bb8f-55c8-4d16-8915-b21b1272895e_850.jpg

CƏMİYYƏT

302

07.12.2023, 08:46

7 dekabr tarixində səhər saatlarında Azərbaycan ərazisində baş vermiş 5.0 bal zəlzələdən dərhal sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.
Bu barədə Oxu24.com-a ADY-dən bildirilib. Məlumata görə, yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər. Nigar